Ordu.az Eurasian-defense.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texhniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev bəyan edib.
“Hazırda biz birmənalı olaraq bu sistemlərin təchizatını müzakirə edirik. Bu, ilk mərhələdir. Lakin artıq layihənin ikinci – texnoloji əməkdaşlığın genişləndirilməsi mərhələsi müzakirə edilir”, - deyə Şuqayev bildirib.
O qeyd edib ki, layihənin ilk mərhələsində həmçinin komplekslərin Türkiyəyə çatdırılması, həmçinin bazaların yaradılması və mütəxəssislərin orada yerləşdirilməsi nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az