Mettis Polşa Müdafiə nazirini qəbul edib

2018/04/456456456_1524897626.jpg
Oxunub: 2981     14:40     28 Aprel 2018    
Birləşmiş Ştatlar Müdafiə naziri Ceyms Mettis Pentaqonda polşalı həmkarı Mariusz Blaşçakı qəbul edib.

Ordu.az ABŞ Müdafiə Nazirliyinin rəsmi internet saytına istinadən xəbər verir ki, görüşdə nazirlər ölkələr arasındakı hərbi əlaqələrin güclənməsini vurğulayıblar.

Mettis Polşanın hərbi əməkdaşlığı və göstərdiyi dəstəkdən dolayı Blaşçaka öz təşəkkürünü çatdırıb. Blaşçak isə öz növbəsində iki ölkənin silahlı qüvvələri arasında mövcud olan partnyorluqdan məmnunluğunu ifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Polşa  


Bizi "telegram"da izləyin