NATO-dan ABŞ-a: S-400-lərlə bağlı qərar Türkiyənin milli qərarıdır

2018/04/2b4f85d2-8256-40ad-aaff-100659c1b07a3453_1524896695.jpg
Oxunub: 1403     14:23     28 Aprel 2018    
NATO Baş katibi Yens Stoltenberq bir daha Rusiyanın S-400 raketdən müdafiə sistemlərinin alınmasının Türkiyənin milli qərarı olduğunu təkrarlayıb.

Ordu.az “Daily Sabah”a istinadən xəbər verir ki, Stoltenberq bu sistemlərin alınmasına görə sanksiya təhdidi irəli sürən ABŞ-ı Ankara ilə dialoqa dəvət edib.

Stoltenberq mövzunu Türkiyə səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla da müzakirə etdiyini xatırladıb və NATO üzvləri arsındakı anlaşmazlıqların həll edilməsi yolunda kommunikasiya kanallarının açıq saxlanmasının zəruriliyini ifadə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Türkiyə   ABŞ   Sanksiya  


Bizi "telegram"da izləyin