Əlcəzair HDQ 5-ci DEPL-lə təchiz ediləcək

2018/04/31345794_2527158814176938_5533396638782980096_n_1524852962.jpg
Oxunub: 4220     02:15     28 Aprel 2018    
Əlcəzair Hərbi Dəniz Qüvvələri bu yaxınlarda “Kilo” tipli 5-ci DEPL gəmisi ilə təchiz olunacaq.

Ordu.az Menadefense.net saytına istinadən xəbər verir ki, bu barədə Əlcəzair Müafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 663.1 layihəsini yeni DEPL gəmisi donanmanın tərkibinə cari ilin ortalarında daxil olacaq. Onun tikintisi faktiki olaraq tamamlanıb və yaxın zamanlarda sınaqlarına başlanacaq.

Qeyd edək ki, “Kilo” tipli DEPL gəmiləri Sankt-Peterburq şəhərində yerləşən “Admiral tərsanəsi” açıq səhmdar cəmiyyətində istehsal edilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əl-Cəzair   DEPL  


Bizi "telegram"da izləyin