Ordu.az “İnterfax” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Almaz” şirkətinin rəhbəri Aleksandr Şlyaxtenko bəyan edib.
Onun sözlərinə görə, “Almaz”ın ekipajsız katerlərini həm məsafədən, həm də göyərtədən idarə etmək mümkündür. Bununla belə, onu həm də iri döyüş gəmilərinə quraşdırmaq mümkündür.
“Mina əleyhinə versiyada pilotsuz kater 60 kiloqramlıq variantda təqdim edilir. İlk belə kater may ayında “İvan Antonov” gəmisinin göyərtəsinə quraşdırılacaq”, - deyə Şlyaxtenko bildirib.
Ağalar Qəribov
Ordu.az