İsveçrədə iki tip mini PUA sınaqdan keçirilir

2018/04/1735_1524836419.jpg
Oxunub: 3178     22:32     27 Aprel 2018    
İsveçrə Silahlı Qüvvələri yeni iki tip mini PUA-nın orduya qəbulu proqramı çərçivəsində yay sınaqları keçirir.

Ordu.az “Tages-Anzeiger” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsveçrə Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, proqramın ümumi qiyməti 8 milyon İsveçrə frankı və ya 8,1 milyon dollar təşkil edir.

Hərbi Hava Qüvvələrinin silahlanmasına iki tip PUA-nın qəbul edilməsi planlaşdırılır: 6 kiloqramdan daha az çəkiyə malik kvadrokopterlər və çəkisi 15 kiloqramdan az olmayan təyyarə tipli PUA-lar.

Sınaqlar aprelin 16-dan 29-dək İsveçrənin Vo kantonunda yerləşən “Petit Hongrin” poliqonunda keçirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   PUA  


Bizi "telegram"da izləyin