Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, Qərb müşahidəçiləri bu PUA-lar haqqında çox az məlumat olduğunu bildirirdi.
Məşq çərçivəsində “Korsar” pilotsuz aparatı yük maşının üzərində yerləşdirilərək nümayiş etdirilib.
Qanadlarının uzunluğu 6 metr olan 200 kiloqramlıq təyyarə ahəngdar materiallardan tikilib. O, kəşfiyyat aparılması, yüklərin daşınması, radioelektron mübarizə və yerüstü hədəflərə zərbələrin endirilməsində iştirak edə bilir. Bu PUA-lar universal reaktiv qumbaralar və “Ataka” tank əleyhinə idarə olunan raketlərini daşıya bilir.
Ağalar Qəribov
Ordu.az