Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Naziri Ceyms Mettis danışıb.
Konqresin Silahlı Xidmətlər komitəsinin dinləmələrində çıxış edən Mettis İŞİD terror təşkilatının demək olar ki, məğlub edildiyini vurğulayıb.
Trampın Suriyadan çəkilməklə bağlı fikirlərinə də toxunan Mettis bunun İŞİD-in yenidən təşkilatlanmasına gətirib çıxara biləcəyini bildirib.
“Dəqiq olaraq indi üçün desək, biz çəkilmirik. Əksinə Fərat çayı vadisində qarşıdakı günlərdə İŞİD-ə qarşı səylərimiz yenidən gücləndiriləcək”, - deyə o deyib.
Ağalar Ağalarlı
Ordu.az