GECO ABŞ QQ ilə 5 illik müqavilə imzalayıb

2018/04/2006110463432075765_1524662868.jpg
Oxunub: 2041     21:21     25 Aprel 2018    
GECO kompaniyası ABŞ Quru Qoşunlarının Pilotsuz Uçan Sistemləri ilə əlaqəli 5 illik müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, müqavilənin ümumi dəyəri 248 milyon dollardır.

Məlumata görə, müqavilə çərçivəsində GECO ABŞ QQ üçün Taktiki Quru Nəzarət Stansiyasının tikilməsini həyata keçirəcək. Bu stansiyalar ordunun RQ-11 “Raven” və RQ-20 “Puma” kimi taktiki pilotsuz uçan sistemlərinin idarə olunmasında istifadə edilir.

Müqavilədə nəzərdə tutulan işlərin 2019-cu ildə başlaması və 5 il ərzində yekunlaşması planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GECO   ABŞ  


Bizi "telegram"da izləyin