Rusiya SQ Baş Qərargahı: Suriya HHM-ləri aprelin 14-də 46 ABŞ raketi vurub

2018/04/1523759208_5363996_original3453_1524661321.jpg
Oxunub: 4172     21:00     25 Aprel 2018    
“Suriya Hava Hücumundan Müdafiə kompleksləri aprelin 14-də Qərb koalisiyasının zərbələri zamanı ABŞ-ın 46 ədəd qanadlı raketini vurub”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Operativ İdarəsinin rəhbəri, general-polkovnik Sergey Rudskoy bəyan edib.

“Suriya hava hücumundan müdafiə komplekslərinni işinin obyektiv şəkildə nəzarəti nəticəsində əldə etdiyimiz kəşfiyyat məlumatlarına görə, 46 ABŞ qanalı raket vurulub”, - deyə Rudskoy bildirib.

O qeyd edib ki, bu raketlər “Pantsir”, “Osa”, “Strela-10”, “Buk”, “Kvadrat” və S-125 raket sistemləri vasitəsilə vurulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin