Suriya SQ Dəməşqin cənubunda hücumlarını intensivləşdirib

2018/04/45645_1524653390.jpg
Oxunub: 1316     18:47     25 Aprel 2018    
Suriya Silahlı Qüvvələri bu gün Dəməşqin cənub zonasında fəaliyyət göstərən terror təşkilatlarına qarşı hücumlarını gücləndirib.

Ordu.az SANA-ya istinadən xəbər verir ki, gecəyarısından etibarən hökumət qüvvələri terrorçuların xeyli sayda hərbi texnikasını sıradan çıxararaq, silah-sursat arsenalına ciddi zərbə endirib.

Ordunun quru qoşunları isə eyni zamanda müxtəlif istiqamətlərdən olmaqla terror təşkilatlarının müdafiə xətlərini yarmağa çalışır. Nəticədə onların əsas təchizat yollarının bəziləri artıq bağlanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Dəməşq  


Bizi "telegram"da izləyin