Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
“Müqavilə özündə əldə olunan razılıqları ifadə edir. Bir sıra elementləri atmaq və ya yeniləri ilə birtərəfli qaydada dəyişdirmək yolverilməzdir”, - deyə Zərif bildirib.
O qeyd edib ki, əgər ABŞ və ya hər hansı başqa dövlətin müqavilə ilə bağlı fərqli fikri var idisə, bunu müqavilə imzalandıqda ifadə etməli idilər.
Ağalar Qəribov
Ordu.az