Ordu.az “ABC News” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.
Məlumata görə, qırıcı təlim uçuşu çərçivəsində qəzaya uğrayıb. Hadisə qırıcının Leyk Havasu Siti şəhərində eniş etmək istəməsi zamanı baş verib.
Qəza nəticəsində heç kəs xəsarət almayıb. Pilot katapult etməyə nail olub, lakin zədələndiyinə görə xəstəxanaya yerləşdirilib. Buna baxmayaraq həyatı üçün heç bir təhlükənin olmadığı bildirilir.
Ağalar Qəribov
Ordu.az