Ordu.az xəbər verir ki, işğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində 5-ci bölükdə komandir müavini vəzifəsində xidmət edən Hayk Xalatyan hərbi hissə komandirinə müraciət edərək döyüş postunda xidmət edən əsgərin evə göndərilməsini xahiş edib.
Hərbi qulluqçu Vazgen Arşakyan evə getdikdən sonra, bölük komandirinin müavini Hayk Xalatyanın komandanlıqdan “əsgərə icazə xahişini” yüksək məbləğdə rüşvət müqabilində etdiyi ortaya çıxıb.
Hərbi polisə çağırılan H. Xalatyanla bağlı araşdırma aparılır.
Ordu.az