Çin HHQ-nin rəhbəri Pakistana səfər edib

2018/04/54845121_1523696737.jpg
Oxunub: 1054     13:51     14 Aprel 2018    
Çin Xalq Azadlıq Ordusu Hava Qüvvələrinin komandiri Danq Laihanq Pakistana səfər edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Pakistan və Çinin müxtəlif sahələrdə əməkdaşlıq etdiyini, dostluq və qardaşlıq münasibətləri saxladığını bəyan edib.

Laihanq Pakistan Hərbi Hava Qüvvələrinin akademiyasına da baş çəkib və buradakı müdavimlərilə görüşüb. Komandir müdavimlərlə söhbətləşərək, onların gələcəkdə ölkənin təhlükəsizliyindən məsul olacaqlarını qeyd edib və uğurlar arzulayıb.

Daha sonra Laihanq Pakistan prezidenti Məmnun Huseynlə görüşərək qarşılıqlı əlaqələri müzakirə edib. Hüseyn iki ölkə arasındakı əlaqələrin regional sülh və təhlükəsizliyə qarant rolunda çıxış etdiyini vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   HHQ   Pakistan  

Xəbər lenti

Çin HHQ-nin rəhbəri Pakistana səfər edib

2018/04/54845121_1523696737.jpg
Oxunub: 1055     13:51     14 Aprel 2018    