Britaniya Ukraynaya 150 min PUA və LMM raketləri verəcək

2026/06/Ekran-1781866781.jpg
Oxunub: 203     14:58     19 İyun 2026    
Böyük Britaniya Ukraynaya təxminən 865 milyon avro dəyərində yeni hərbi yardım paketi ayıracağını açıqlayıb.

Ordu.az xəbər verir ki, hərbi texnikanın ayrılması ilə bağlı rəsmi açıqlama Böyük Britaniyanın müdafiə naziri Den Carvis tərəfindən verilib.

Məlumata görə, maliyyə dəstəyi dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına formalaşdırılmış və ümumi həcmi təxminən 2,6 milyard avro olan ERA kredit proqramı çərçivəsində ayrılır.

Yardım paketi çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə Ukraynada istehsal olunmuş 150 min Pilotsuz Uçuş Aparatı (PUA) veriləcək. Bu sayda PUA-nın tədarükünün cari ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Bundan əlavə, Böyük Britaniya 2026-cı ilin sonunadək Ukraynaya 350-dən çox zenit raketi və radar sistemi, o cümlədən LMM (Lightweight Multirole Missile) raketləri təqdim etməyi planlaşdırır.

Qeyd olunur ki, LMM raketləri artıq Ukraynada istifadə olunan “RapidRanger” hava hücumundan müdafiə sistemlərinin silahlanmasına daxildir və aşağı hündürlükdə uçan hava hədəflərinə qarşı tətbiq olunur.

Məlumatda həmçinin bildirilir ki, Belçika da hərbi yardım proqramı çərçivəsində 2026-cı ilin sonunadək Ukraynaya yeddi F-16 qırıcı təyyarəsi təhvil verməyi planlaşdırır. Həmin təyyarələrdən dördü ehtiyat hissələri mənbəyi kimi, üçü isə döyüş əməliyyatlarında istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin