Makron: “Suriyada hədəfimiz gizli kimyəvi arsenal idi”

2018/04/1510_1523685567.jpg
Oxunub: 3457     15:14     14 Aprel 2018    
“Suriyaya zərbələrin endirilməsində hədəfimiz hökumətə kimyəvi silah istehsal, saxlama və tətbiq imkanları verən obyektlərin məhv edilməsi idi”.

Ordu.az AFP nəşrinə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Ötən həftə Duma şəhərində kimyəvi silahın növbəti dəfə tətbiq olunmasından sonra “qırmızı xətt” keçildi”, - deyə Makron bildirib.

O qeyd edib ki, Fransanın bu kimyəvi hücumlara görə məsuliyyətin Suriya hökumətinin daşımasına dair heç bir şübhəsi yoxdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Suriya  


Bizi "telegram"da izləyin