Ordu.az xarici KİV-lərə istinadənə xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Florans Parli bəyan edib.
“Müttəfiqlərimizlə birlikdə Rusiyanın öncədən xəbərdar olmasının qeydinə qalmışdıq”, - deyə Parli bildirib.
O qeyd edib ki, xəbərdarlığın edilməsində məqsəd Rusiya ilə hər hansı hərbi konfrontasiyanı istisna etmək idi.
Bununla belə, Parli Rusiya Müdafiə Nazirliyinin Suriyaya endirilən zərbələr barədə hansı müddət öncə məlumatlandırılması barədə jurnalist sualını cavabsız qoyub.
Ağalar Qəribov
Ordu.az