“Suriyada Liviya və İraq ssenarisinin təkrarlanmayacağına ümid edirik” – Lavrov

2018/04/1251458421_1523626922.jpg
Oxunub: 2406     21:45     13 Aprel 2018    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriyada heç kimin İrak və Liviya ssenarisindəki kimi bir macəraya girməyəcəyinə ümid etdiyini bildirib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o bu barədə bu gün Hollandiyalı həmkarı ilə birlikdə qatıldığı mətbuat konfransında danışıb.

“İraq və Liviyada yaşanan macəralar Suriyada təkrarlanmasın. Ümid edirəm belə bir macəraya heç kim cəsarət etməz. Lakin yenə də ən kiçik radikallıq belə, bizə və Avropalı qonşularımıza səbəbsiz yerə Avropaya yeni miqrant axını və digər bir çox təsirlər bahasına başa gələr. Bu sadəcə okeanla qorunanları razı salar”, - deyə Lavrov qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya   Lavrov   İraq   Liviya  


Bizi "telegram"da izləyin