Qor Geqamyan hərbi xidmətə 2 il əvvəl çağırılıb və Xankəndidəki hərbi hospitalda xidmət keçirdi,
“Deyə bilərəm ki, 2016-cı ilin aprel ayına qədər mən artıq yaralı erməni əsgərləri ilə iş təcrübəsinə malik idim”, - deyə Geqamyan bildirib.
Erməni cərrahın sözlərinə görə, aprelin 2-si səhər yüksək dərəcəli həyacan elan edildi. Səhər saat 6-da onu hospitala çağırdılar. Vəziyyətin cidi olduğu bəlli oldu. Öncə Crakanda 12 nəfər ağır yaralının olduğu bildirilirdi. Daha sonra Azərbaycanla bütün sərhəd məntəqələrində yaralıların olması barədə məlumatlar daxil olmağa başladı.
Rəhbərlik tərəfindən Geqamyan və onun təcrübəçi həkimi Arşak Qasparyanın Ağdərə hospitalına gönədilməsi qərara alındı.
“İlk yaralının əməliyyatı 8 saata yaxın davam etdi. Lakin çətinliklə də olsa, onu xilas edə bildik. O günlərdə əməliyyat masasında 3 əsgəri xilas edə bilmədik. İkinci həlak olan şəxsdə ürəyin üçtərəfli dəlinib keçiməsi yaralı var idi. Üçüncü yaralı isə dron hücumu zamanı yaralanmışdı, onun ayağını kəsdik, lakin ürəyi buna dözmədi”, - deyə Geqamyan açıqlayıb.
Həkimin sözlərinə görə, cərrahlar üçün mobilləşmiş hərbi qulluqçularla işləmək çağırışçılarla işləməkdən daha çətin idi. Çünki onlar yaşca daha böyük idilər və artıq bir çox ağır somatik xəstəlikləri var idi: birində 4 stent, digərin çox yüksək şəkərli diabet, digərində daşınan insult və s.
“Qorxu var idi və mən hər şedən çox səhv etməkdən qorxudum. Daima ön cəbhədən yaralılar barədə məlumat daxil olurdu və onları özüm də gedib gətirirdim. Bir sıra hallarda travmatoloq və digər həkimlərin çatışmazlığı müşayiət edilirdi, onların işini özüm görməli olurdum. Bir çox qərarlar məhz əməliyyat masasında həll edilirdi”, - deyə Geqamyan döyüşləri qorxu içində xatırlayıb.
Ağalar Qəribov
Ordu.az