Qarabağda məhv edilən erməni əsgərin FOTOLARI

2018/04/default_4570556637.jpg
Oxunub: 1794     15:37     12 Aprel 2018    
Məhv edilən erməni əsgəri haqqında yeni məlumatlar yayılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 9-da işğal altında olan Qarabağda təxribat törətməyə cəhd edərkən məhv edilən 19 yaşlı erməni əsgəri Narek Harutyunyan Kotayk Vilayətinin Zovuni kənd sakini olub.

Məlumata görə, hərbi xidmətdə 1 il 3 ay olan Harutyunyan, 9 aydan sonra təxris edilməli idi. Təxribatçı erməni əsgəri dünən dəfn edilib.

Xatırladaq ki, aprelin 9-da saat 14:20 radələrində işğal altında olan Qarabağın cənub istiqamətindəki mövqelərdən birində təxribat törətməyə cəhd edərkən 19 yaşlı erməni əsgəri Narek Georgi Harutyunyan məhv edilib.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Təxribat   Ölüm  


Bizi "telegram"da izləyin