"Vigen Sarkisyan, sən ye, oğurla, o gənclər də orada ölsünlər" - Aram Manukyan

2018/02/456456_1519716056.jpg
Oxunub: 3665     15:19     27 Fevral 2018    
“Artıq bağçalarda, hətta meyidlərin dəfnində də əsgər və silah haqqında danışırlar. Hamısı təlimatlandırılıb...Lakin bu işə yaramaz. Hamı ordunun olmasını istəyir. İşlə vergi ödə, silah al və ordu güclənsin”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Vigen Sarkisyana müraciət edən Erməni milli konqresi sədrinin müavini Aram Manukyan deyib.

O, Vigen Sarkisyanın ordunu necə saxladığına dair bir məqamı nümunə çəkib. Manukyan bildirib ki, tibb bacısı olan, öz bacısı ilə danışarkən bildirib ki, övladı yanında olarkən xərclədiyi puldan, orduya göndərdikdən sonra daha çox pul sərf edir. Bacısı bildirib ki, elə ay yoxdur ki, orduda olan oğluna mayka, alt paltarları, diş pastası, corab pulu göndərməsin.

"Əsgərlərin hamamdan sonra dəyişməyə alt paltarları yoxdur. Corabları yoxdur. Oğlumun əsgərliyi mənə baha başa gəlir. Bu deyilənlər dövlətin problemi deyil? Ordunun mallarını biraz az yeyin, dağıdın. Generalların maşınlarına baxırsan hamısı yeyintilərin nəticəsidir. Hər birinin avtomobilinin dəyəri ilə bir hərbi hissəni təmin etmək olar. Türk və ya Azərbaycan bayrağını təhqir etməklə əsgər, ordu güclənmir. Vigen Sarkisyan sən ye, oğurla, o gənclər də orada ölsünlər və yaralı üçün sən pul toplayasan? Belə ordu saxlamaq olmaz”, - deyə Manukyan Sarkisyanın fəaliyyətinə etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan   Korrupsiya  


Bizi "telegram"da izləyin