Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu "komandos" ləqəbli, general-mayor Arkadi Ter-Tadevosyan Vigen Sarkisyanın apardığı fəaliyyətlər barədə danışarkən bildirib.
O, Vigen Sarkisyanın dəyişdirilməsi ilə əlaqədar generalların gizli toplanışının keçirildiyini inkar edib və müdafiə naziri kimi Viqen Sarkisyanın gördüyü işlərin bir hissəsinin məxfi saxlanıldığını bildirib.
Qeyd edək ki, son zamanlar Ermənistan müdafiə naziri Vigen Sarkisyan daim qalmaqal mərkəzində olur. Kəçən il “Hərbi xidmət keçmə və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi buna səbəb oldu. 2018-ci ilin əvvəlində isə yaralı erməni əsgərinin müalicəsi üçün pul toplanılması barədə çağırışı onu qınaq obyektinə çevirdi.
Nəhayət Ermənistan müdafiə nazirliyi tərəfindən milyonlarla pul sərf edilərək, gül alveri məsələsində karikatura problemi ortaya çıxdı. Buna görə, Vigen Sarkisyanın sifarişi ilə müdafiə nazirliyinin zabiti tərəfindən nəşr orqanının redaktoru təhdid edildi.
Alpər Mövludoğlu
Ordu.az