“Times of İsrael”: İranın Suriyada 10 hərbi bazası var

2018/02/766_1519117279.jpg
Oxunub: 2518     17:02     20 Fevral 2018    
İran Suriyada 10 hərbi bazadan istifadə edərək İsraillə potensial müharibəyə hazırlıq üçün Bəşər Əsədə sadiq qüvvələrə təlim keçir.

Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, bu ifadələri Amerikada yerləşən beyin mərkəzi “Atlantic Council”ın (“Atlantika Şurası”) analitiki Əli Alfone öz məqaləsində qeyd edib.

“The New York Times”da çıxan məqalədə İran hərbi personalı tərəfindən Suriyada müxtəlif silahlı qruplaşmalardan olan 20 minə qədər döyüşçünün yetişdirildiyi və bunun İranın Suriyadakı “əsl əzələsini” təşkil etdiyi bildirilib.

Məqalədə, Suriyada minlərlə iranlı hərbi zabitin olduğu və Hizbullahın 6 minə yaxın üzvünün İranın təlimlərində iştirak etdiyi əlavə edilib. Alfone özünün 10 İran hərbi bazasını aşkar etdiyini, bunlardan 7-nin taktiki baza olduğunu və aktiv ön cəbhə xəttində yerləşdiyini bildirib. Onun sözlərinə görə, digər 3 “əsas” baza ölkə daxilində fəaliyyətlərə nəzarət edir. Bunların ikisi Dəməşqin cənubunda, İsraillə sərhədinin yaxınlığındadır.

Xatırladaq ki, ötən ilin noyabrında İsrailin peyk fotoları İranın Suriyada daimi hərbi baza tikdiyini ortaya qoyub. Fotoda bunun İsrail-Suriya sərhədindən cəmi 50 kilometr kənarda olduğu görünüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Suriya   İsrail  


Bizi "telegram"da izləyin