Pakistan MN: "Ölkəmiz Yəmən müharibəsində iştirak etməyəcək"

2018/02/181997_5134608_updates456_1519109397.jpg
Oxunub: 2068     14:46     20 Fevral 2018    
Pakistan Müdafiə naziri Xürrəm Dəstgir ölkə Senatına Pakistan əsgərlərinin Yəmən müharibəsində iştirak etməyəcəyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pakistanın Səudiyyə Ərəbistanına əlavə qoşun göndərməsi ölkədə birmənalı qarşılanmayıb.

Bundan sonra Pakistan Senatı Müdafiə Nazirliyindən Pakistan qoşunlarının dəqiq olaraq harda yerləşdiriləcəyi ilə bağlı məlumatın verilməsini istəyib. Əsas narahatlıq Krallığın da daxil olduğu Yəmən müharibəsinin davam etməsidir. Lakin bu narahatlığa son qoyma məqsədilə Pakistan əsgərlərinin Yəmən müharibəsinə qarışmayacağına zəmanət verib.

Qeyd edək ki, iki ölkə arasında 1982-ci ildə imzalanmış protokola əsasən bir müddət əvvəl Pakistandan 1000 əsgər Səudiyyə Ərəbistanında təlim və məşvərət xarakterli missiyaya qoşulub. Hazırda ölkədə 1600-dən çox pakistanlı əsgərin olduğu bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Yəmən  


Bizi "telegram"da izləyin