Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, nəhəng kiberhücumların gələcək müharibələrin başlıca fəsadları olacağından narahatlığını dilə gətirib.
“Dövlətlər arasındakı kiber müharibənin nümunələri artıq mövcuddur. Daha pis olan isə bu tipli müharibələrə hüquqi bir çərçivənin olmamasıdır. Cenevrə konvensiyası və beynəlxalq insan hüquqlarında bu məsələ ilə bağlı məlumat yoxdur. Mən tamamilə əminəm ki, keçmişdəki müharibələrdən fərqli olaraq gələcək müharibələr hərbi imkanların məhv edilməsi üçün böyük kiber hücumlarla başlayacaq. İnternetin faydalı xidmət vasitəsi kimi qalmasını təmin etmək üçün beynəlxalq qaydalar qəbul edilməlidir”, - deyə Quterreş qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az