Ordu.az “National Interest”ə istiandən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin büdcə üzrə direktoru, general-mayor Pol Çemberlen bəyan edib.
O həmçinin ordunun əsas problemlərindən də bəhs edib.
Pentaqon təmsilçisi ölkənin 2019-cu maliyyə ili üçün müdafiə büdcəsi layihəsini də şərh edib.
“Rusiya və Çin kimi təftişçi güc dövlətləri, KXDR və İran kimi “izqoy” dövlətlər terror təşkilatları ilə birgə Amerikanın maraqlarına ciddi təhlükə törədir. Bizim Asiya-Sakit okean və Avropa regionlarındakı rəqiblərimiz onlarla illərdir ki, ABŞ ordusunun güclü və zəif cəhətlərini analiz edirlər. Bu səbəbdən müdafiə büdcəsinin layihəsi Amerika ordusunun dünyada üstünlüyünün nail edilməsinə yönəlib”, - deyə general bildirib.
Çemberlen vurğulayıb ki, Amerika ordusunda bir sıra ciddi problemlər də mövcuddur.
“Ordu eyni anda bir neçə cəbhədə mübarizə aparmağa və üstünlük qazanmağa nail olmalıdır. Bu səbəbdən radioelektron mübarizə, kiber məkanda baş verən hücumlar və kosmosda ABŞ ordusunun mövcud olan nöqsanları aradan qalxmalı, Amerikanı müxtəlif növ qoşunları istənilən rəqibi məğlub etməyə hazır olmalıdırlar”, - deyə Çemberlen açıqlayıb.
Onun sözlərinə görə, yeni büdcə layihəsinin həyata keçirilməsindən sonra ABŞ ordusu daha elastik, daha güclü və düşmənlərə qarşı mübarizədə daha hazırlıqlı olacaq.
Ağalar Qəribov