İsveç Baş naziri Nikol Paşinyanı təbrik edib

2026/06/1780922543.jpg
Oxunub: 250     16:44     08 İyun 2026    
İsveçin Baş naziri Ulf Kristersson Ermənistanda keçirilmiş parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi münasibətilə Nikol Paşinyanı təbrik edib.

Ordu.az xəbər verir ki, Kristersson bununla bağlı paylaşımını “X” sosial şəbəkəsindəki şəxsi hesabında edib.

İsveç hökumət başçısı Paşinyanı seçkilərdə qazandığı uğur münasibətilə səmimi qəlbdən təbrik etdiyini bildirib.

O qeyd edib ki, İsveç və Avropa İttifaqının Ermənistanla əməkdaşlığının daha da dərinləşdirilməsini səbirsizliklə gözləyir.

Kristersson həmçinin regionda sülh prosesinə göstərilən dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ermənistan  


Bizi "telegram"da izləyin