CNN: ABŞ Rusiyaya mane olmaq üçün Qara dənizdə mövcudluğunu artırır

2018/02/orig-1519104135e8d2ee203df8e907e7ac869e5369195156456_1519105858.jpeg
Oxunub: 1772     13:51     20 Fevral 2018    
Birləşmiş Ştatlar regionda Rusiyaya qarşı aktiv cavab vermək məqsədilə Qara dənizdə öz hərbi mövcudluğunu inkişaf etdirir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Ötən həftənin şənbə günü ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Carney” esminesi Qara dənizə daxil olaraq burada olan daha bir Amerika döyüş gəmisinə qoşulub.

ABŞ Hərbi Dəniz Qüvvələri 6-cı donanmasının vitse-admiralı Kristofer Qredi bəyan edib ki, Qara dənizdə iki döyüş gəmisi yerləşdirmək barədə qərar daha öncə qəbul edilib və bu, nəyəsə reaksiya göstərmək məqsədi daşımır.

Öz növbəsində CNN-in mənbələrindən biri iddia edir ki, Vaşinqton Qara dənizdə gəmilər yerləşdirməklə bunu normaya çevirmək və həmin regionda üstünlüyə nail olmaq niyyətindədir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qara-dəniz  


Bizi "telegram"da izləyin