Hakan Fidan: "Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin gücləndirilməsi bölgədə strateji prioritetdir"

2025/01/1738142498.jpg
Oxunub: 177     16:25     08 İyun 2026    
Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin gücləndirilməsi bölgədə strateji və siyasi prioritetdir.

Ordu.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üç ölkənin birgə fəaliyyəti təkcə bu ölkələrin mənfəəti ilə bağlı deyil:

"Bu gün üç ölkənin XİN rəhbəri bölgədəki vəziyyəti müzakirə edib. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr zamanında üç ölkənin təsis etdiyi sülh şəraiti və iş birliyi həqiqi strateji dəyər ifadə edir".

O qeyd edib ki, bundan sonrakı hədəf enerji, nəqliyyat, əlaqələr cəhətdən daha bütünləşən bir bölgə inşa etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Azərbaycan   Türkiyə   Gürcüstan  


Bizi "telegram"da izləyin