Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunun üçün şərait də uyğun idi: Xalq Azadlıq Ordusunun peyk naviqasiya sistemlərini təkmilləşdirmə cəhdlərinin bir hissəsi olan “Beidou 3” peyki orbitə göndərilməyə hazırlanırdı – məqsəd isə düşmən hədəflərini millimetr dəqiqliklə vurmaqdır.
Çinin hərbi inkişafı komos bazalı naviqasiyasından da qabağa gedir. Ötən mayda “Quartz” stels qırıcıları, yüksək texnologiyalı kəşfiyyat gəmiləri və uzaq mənzilli hava-hava raketlərində ciddi inkişaf əldə edildiyi qeyd edilib. Dünyanın ən böyük əməliyyat amfibik təyyarəsi olan AG600 dekabrda ilk uçuşunu uğurla başa vurdu.
Əksər XAO layihələri, AG600 də Çinin özünü dəniz gücü kimi təsdiq etməsinə kömək etmək məqsədilə həyata keçirilir. Bu, xüsusilə Cənubi Çin dənizində artan mübahisədən dolayıdır. Ölkə eyni zamanda raket anbarları, sensorlar, radar sistemləri, pilotusz vasitələr üçün dənizdə sınaq poliqonu hazırlayır.
Çin həm də elmi tədqiqatları dərinləşdirir. O, bu yaxınlarda kvant hesablama və süni zəka sahəsindən 120 eksperti bir araya cəmləyərək hərbi proqramlar üzrə ali tədqiqat institutunun formalaşdırılması ilə bağlı çalışmalar başladıb. Diqqətin cəmləndiyi əsas sahələrdən biri də süni zəkanın nüvə sualtıları komandirlərinin qərar qəbuletməsinə dəstək verilməsində istifadəsidir.
Həmçinin, XAO hazırkı maşınlardan olduqca güclü olan kvant kompüterlərdən istifadə etmək istəyir. O, bunun şifrəli düşmən kodlarını qırmaqda və kosmosdan görünməz olan hədəfləri, gizli bombardmançıları izləməkdə faydalı olacağını düşünür. Texnologiya həm də bütövlükdə kommunikasiyanın təhlükəsizliyi və etibarlılığına zəmanət yarada bilər. Çin 2020-ci ilə qədər kvant tədqiqat mərkəzi açmağı planlaşdırır.
Ağalar Ağalarlı
Ordu.az