Keçmiş BAÜKM rəislərinin xatirəsi anılıb - VİDEO

2018/02/IMG_9907_1519029367_3038076310.jpg
Oxunub: 1284     19:00     19 Fevral 2018    
Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin (BAÜKM) müxtəlif illərdən olan məzunları məktəbin keçmiş rəisləri general-mayor Aleksandrov Fyodor Alekseyeviç (1970-dən 1977-dək məktəbin rəisi) və general-leytenant Bərşadlı Valeh Eyyub oğlunun (1977-dən 1987-dək məktəbə rəislik edib) məzarlarına baş çəkiblər.

Ordu.az xəbər verir ki, Bakı 2-ci Fəxri Xiyabanına yığışan tədbir iştirakçıları qeyd ediblər ki, şanlı generallar, məktəbin rəisləri şərəfli və genişürəkli insanlar olublar. Onlar gələcək zabitlərin tədrisi və tərbiyəsi işində həm kursantların, həm də bütün professor-müəllim heyətinə böyük hörmət və sevgi nümayiş etdiriblər.

BAÜKM məzunlarının təşəbbüsü, o cümlədən Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəstəyi və iştirakı ilə qısa zaman çərçivəsində general-mayor F. Aleksandrovun məzarı bütövlükdə təmir və bərpa olunub.

Tədbir iştirakçıları Azərbaycan Müdafiə Nazirliyi rəhbərliyinə xatirənin saxlanması və hərbi ənənələrin genişləndirilməsi sahəsində gördükləri işə görə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda məktəb məzunları generallar barədə öz xatirələrini bölüşüb, onların xatirəsini yad edib və məzarları üzərinə güllər qoyublar.

Ordu.az

Teqlər:

Keçmiş BAÜKM rəislərinin xatirəsi anılıb - VİDEO

2018/02/IMG_9907_1519029367_3038076310.jpg
Oxunub: 1285     19:00     19 Fevral 2018    