Rusiya Xarici Kəşfiyyat xidmətinin rəhbəri erməni həmkarı ilə görüşüb

2018/02/45645_1519030140.jpg
Oxunub: 4150     16:50     19 Fevral 2018    
Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin bu gün İrəvanda erməni həkarları ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu arədə Ermənistan Milli Təhlükəsizik Xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu gün Erməni DTX rəhbəri Georgi Kutoyan İrəvanda Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb.

Tərəflər beynəlxalq terrorizm və transmilli cinayətlərin digər növləri ilə mübarizə məsələlərini müzakirə ediblər.

Danışıqların digər təfərrüatları barədə heç bir məlumat yoxdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Ermənistan   Xarici-kəşfiyyat   Narışkin  


Bizi "telegram"da izləyin