Azərbaycanla Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

2018/02/535b861f59c37be02371e5e40c33b328_1518859141_1518861209.jpg
Oxunub: 2518     17:10     17 Fevral 2018    
London şəhərində Azərbaycan Respublikası və Böyük Britaniya müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən xəbərə görə, tədbirdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Britaniya   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin