Erməni məmur əsgər anasını işdən qovdu: “Bəlkə bazara gəlmisən?”

2018/02/received_2475917212634432_1518797023.jpeg
Oxunub: 2131     00:33     17 Fevral 2018    
Erebuni inzibati ərazi rəhbəri erməni əsgərinin anasını işdən çıxarıb.

Ordu.az “Çorrord İşxanutyun”a istinadən xəbər verir ki, Erebuni inzibati ərazi rəhbəri Davit Qriqoryan, fəaliyyət göstərdiyi son 1 il ərzində əvvəlki rəhbərin bütün kadr heyətini, öz qohumları ilə əvəz edib.

Məlumata görə, Davit Qriqoryan döyüş bölgəsində xidmət edən erməni əsgərinin anası, xanım Qayaneyə də rəhm etməyib. Erməni əsgərinin anası onun qəbulunda olarkən, işdən azad edilməməsini xahiş edərək, oğlunun orduda xidmət etdiyini, digər oğlunun isə orduda əlil olduğunu xatırladıb.

İcra orqanın rəhbəri Davit Qriqoryan “bəlkə bazara gəlmisən” deyə qəzəbli halda ona cavab verib. İşdən azad edilən sosial xidmət rəisinin əvəzinə əmisinin nəvəsi Stela Avakyanı, təhsil şöbəsinin rəisi olaraq isə bacısı qızı Sima Bağdasaryanı təyin edib.

Sürət çıxarma sahəsində işləyən əməkdaşın da yerinə göz dikən icra orqanı rəhbəri, bacısı oğlu Lyovanı təyin edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgər-anası   Ermənistan  


Bizi "telegram"da izləyin