Dəməşqin şərqində nəhəng partlayış səsləri eşidilir

2018/02/56756765_1518788467.jpg
Oxunub: 3835     21:51     16 Fevral 2018    
Suriya ordusu ilə terrorçular arasında atışmanın davam etdiyi Dəməşqin şərqində böyük partlayış səsləri eşidilir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, terrorçu qruplar baş verən atışma zamanı terrorçular hökumət qüvvələrinin mövqeyinə 30-dan çox minomyot və raket atıb.

Bir mülki şəxsin həlak olduğu, onlarla şəxsin isə yaralandığı bildirilir. Ölü sayının artacağı ehtimal edilir.

Eyni zamanda Suriya ordusunun artilleriya və raket qüvvələri də terrorçuların mövqelərinə doğru zərbələr endirir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dəməşq   SQQ   Terror  


Bizi "telegram"da izləyin