Reuters: Suriyada Kremllə əlaqəli 300 silahlı kontraktor ölüb

2018/02/dc863272d59c1979cc00dec8aad35f30ce0c4454457567_1518788344.jpg
Oxunub: 3707     21:36     16 Fevral 2018    
Ötən həftə Suriyada Kremllə əlaqəli olduğu iddia edilən üç yüzə qədər muzdlu hərbi personal ölüb və yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Adının açıqlanmasını istəməyən mənbələrə əsaslanan agentlik ölüm sayının 80-100 arası olduğunu iddia edib. O, Rusiyanın Suriya münaqişəsinə iddia etdiyindən daha çox qarışdığını irəli sürür.

Xatırladaq ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ötən həftə Suriya hərbi bazasına həyata keçirdiyi hücum nəticəsində 100-dən çox ölən personalın arasında Rusiyanın muzdlu əsgərlərinin olduğu iddia edilsə də, Rusiya bu iddiaları bir neçə dəfə təkzib edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Rusiya   Vaqner  


Bizi "telegram"da izləyin