Ordu.az xəbər verir ki, bu barədə NATO-nun rəsmi internet saytında qeyd olunub.
Məlumata görə, Brüsseldə baş tutan müdafiə nazirlərinin görüşü zamanı hazırda missiyanın tərkib hissəsi olan Türkiyə, Fransa, Almaniya, Yunanıstan, İtaliya, və İspaniyanın Müdafiə nazirləri Kanada və Polşanın layihəyə qatılmasını razılıq verib və imzaatma mərasimi ilə qoşulma rəsmiləşdirilib.
Qeyd edək ki, 2017-ci ildə başladılan layihə NATO-nun dənizlərdə sualtılar əleyhinə, kəşfiyyat, nəzarət və tədqiqat təyyarələrinin köhnəlməsinə həll yolu kimi həyata keçirilir. Hesabatlara görə, NATO-nun hazırkı dəniz patrul təyyarə filotiliyasının böyük hissəsi 2025-2035-ci illər arasında istifadə müddətini başa vuracaq.
Layihənin ilkin mərhələsi kimi dövlətlər bu məsələ üzrə imkanların gücləndirilməsi ilə bağlı təkliflər paketini hazırlayacaq. Bu mərhələnin bu il başa çatması gözlənilir. Sonrakı mərhələdə isə həmin paketə əsasən addımlar atılacaq.
Ağalar Ağalarlı
Ordu.az