Afrində əməliyyatlar davam edir: 1551 terrorçu məhv edilib

2018/02/34545_1518764659.jpg
Oxunub: 4426     15:02     16 Fevral 2018    
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə həyata keçirdiyi Zeytun Budağı əməliyyatında məhv edilən terrorçu sayı 1551-ə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəsmi tvitter səhifəsində bildirilib.

Məlumata görə, əməliyyatın sonuncu günü həyata keçirilən hücumlar nəticəsində PKK/PYD/YPG və İŞİD-ə mənsub ümumilikdə 23 terrorçu zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrin   Zeytun-budağı  


Bizi "telegram"da izləyin