Pakistan Səudiyyə Ərəbistanına qoşun göndərəcək

2018/02/Pakistani-troops-681x409345_1518761664.jpg
Oxunub: 3957     14:11     16 Fevral 2018    
Pakistan Silahlı Qüvvələri Səudiyyə Ərəbistanı ilə mövcud olan ikitərəfli təhlükəsizlik paktı əsasında bu ölkəyə qoşun yerləşdirəcək.

Ordu.az Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qərar Pakistan Baş Qərargah rəisi general Qəmər Cavid Bəcva və Səudiyyə Ərəbistanının ölkədəki səfiri Nəvaf Səid əl-Maliki arasında baş tutan görüşdə razılaşdırılıb.

“Pakistan-Səudiyyə Ərəbistan arasında möhkəmlənən təhlükəsizlik əməkdaşlığının davamı kimi Pakistan ordu kontingenti Səudiyyə Ərəbistanında təlim-məsləhət missiyasında olacaq”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, hazırda Pakistanın təqribən 1000 əsgəri Səudiyyə Ərəbistanında fəaliyyət göstərir. Yeni göndəriləcək əsgər sayı barədə isə heç bir məlumat verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin