Ermənistan MSK-nin seçki nəticələri ilə bağlı mətbuat konfransı niyə gecikir?

2026/06/1780904952.jpg
Oxunub: 171     11:47     08 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin ilkin nəticələrinə dair yekun mətbuat konfransı hələ də keçirilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Mərkəzi Seçki Komissiyası əvvəlcədən bildirmişdi ki, bu gün saat 10:00-da növbəti parlament seçkilərinin ilkin nəticələrini yekunlaşdıracaq. Lakin indiyədək vəd edilən yekun açıqlama verilməyib.

Bunun əvəzində Ermənistan MSK-nin rəsmi internet səhifəsində 2005 seçki məntəqəsinin hamısı üzrə nəticələr dərc olunub.

MSK-nin açıqladığı nəticələrə əsasən səslər aşağıdakı qaydada bölüşdürülüb:

“Vətəndaş Müqaviləsi” partiyası 727 min 160 səs və ya 49,81 faiz toplayıb.

İkinci yerdə 340 min 62 səslə və ya 23,29 faiz göstərici ilə “Güclü Ermənistan” partiyalar bloku qərarlaşıb.

Üçüncü yeri 145 min 97 səslə və ya 9,94 faiz nəticə ilə “Hayastan” partiyalar bloku tutub.

Dördüncü yerdə 58 min 368 səslə və ya 4 faiz nəticə göstərən “Çiçəklənən Ermənistan” partiyası yer alıb.

Beşinci yerdə isə 33 min 618 səslə və ya 2,30 faiz nəticə göstərən “Birliyin Qanadları” partiyası qərarlaşıb.

Beləliklə, seçki baryerini dörd siyasi qüvvə, yəni “Vətəndaş Müqaviləsi” partiyası, “Güclü Ermənistan” bloku, “Hayastan” bloku və “Çiçəklənən Ermənistan” partiyası keçib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin