Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.
“NATO Kanadanın beynəlxalq təhlükəsizlik siyasətinin əsasını təşkil edir və bu gün hökumət Alyansın Aviasiya Xəbərdarlıq və Nəzarət Sisteminə yenidən qoşulma niyyətini elan edir”, - deyə hökumətin bildirdiyi bəyanatda qeyd edilib.
Qeyd edək ki, Kanada 1979-cu ildə E-3A komponentinin əsasını qoyan 12 dövlətdən biri olmasına baxmayaraq 2011-ci ildə ondan çıxıb. Çıxmasına səbəb kimi maliyyə məsələləri göstərilmişdi. Ölkənin bayrağı 2014-cü il iyulun 11-də komandanlığın Almaniyanın Qeylenkirxen şəhərindəki bazasından endirilib.
Ağalar Ağalarlı
Ordu.az