Ordu.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri Almaniya Müdafiə Nazirliyinin gizli sənədinə istinadən xəbər verir.
Sənəddə qeyd edilir ki, Almaniya Silalhı Qüvvələri 2019-cu ilin əvəllərində Şərqi Avropada NATO-nun Sürətli Reaksiya Qüvvələrinə başçılıq etməlidir.
Gizli sənədə əsasən, qüvvələrə başçılıq etməli olan 9-cü tank birqadasının arsenalında lazım olan 44 tank əvəzinə cəmi 9 ədəd “Leopard 2” tankı var. Həmçinin 14 ədəd zirehli maşın əvəzinə cəmi 3 ədəd “Marder” var.
Bunun səbəbi isə ehtiyat hissələrin çatışmazlığı və texniki xidmətin baha başa gəlməsidir.
Ağalar Qəribov
Ordu.az