Ordu.az Topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə “Vestnik Mordovii” nəşri məlumat yayıb.
Hərbi ekspert Yuri Lyamin qeyd edir ki, fotoşəkildə görünən M60T tankları bu yaxınlarda “Firat” proqramı üzrə modernləşdirilib.
“Tank qaldırılan dairəvi müşahidə kamerası, lazer şüası qurğuları və məsafədən idarə edilən qumbaraatan və ya pulemyot əldə edib”, - deyə ekspert bildirib.
O qeyd edib ki, bu tanklar Türkiyə ordusunun onsuz da üstün olan mövqelərini bir qədər də möhkəmləndirəcək və yeni hücumlara təkan verəcək.
Ağalar Qəribov
Ordu.az