Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin "Hay zinvor" rəsmi qəzeti məlumat yayıb.
Məlumata görə, Melkumyan işğal altında olan Qarabağda bir sıra qanunsuz hərbi hissələrə rəhbərlik edib və aprel döyüşlərində iştirak edib.
Xatırladaq ki, 1-ci korpusun komandiri general-mayor Tiqran Parvanyan vəzifəsindən azad edilərək Ermənistan Silahlı Qüvvələri və Rusiya Federasiyası Silahlı Qüvvələrinin birgə qoşun qruplaşmasının komandiri təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az