Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosixide Suqa bəyan edib.
“Bütün beynəlxalq ictimaiyyət Şimali Koreyaya göstərilən təsiri gücləndirməlidir”, - deyə o, Tokioda keçirilən mətbuat konfransında bildirib.
Yosixide Suqa həmçinin Cənubi Koreya limanlarından birinə KXDR-in “Mnqyonbon-92” gəmisinin daxil olmasını da pisləyib.
Ağalar Qəribov
Ordu.az