Rusiya nümayəndəsi: “Suriyanın hərbi kimyəvi imkanları məhv edilib”

2018/02/manar-08503790015109017061023423_1517920099.png
Oxunub: 3044     20:27     06 Fevral 2018    
Rusiyanın Birləşmiş Millətlər Təşkilatı yanındakı daimi nümayəndəsi Vasili Nebenzia BMT TŞ-nin dünənki görüşündə Suriya ordusunun kimyəvi silahlarının tamamilə məhv edildiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nebenzia bunun Kimyəvi Silahların Qadağası Təşkilatının (OPCW) nəzarəti altında baş tutduğunu vurğulayıb.

O, qeyd edib ki, Suriya hökuməti terrorçulardan azad olunan ərazilərdə təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə bağlı beynəlxalq cəmiyyəti və BMT TŞ-ni xəbərdar edib.

“Bütün bunlar dərhal OPCW-nin ekspertləri tərəfindən araşdırılmalıdır. Biz Haqanı (OPCW-nin qərargahı burda yerləşir) bunlara qarşı zəruri tədbirlərin görülməsinə çağırırıq. Suriyaya getməmək üçün xeyli sayda bəhanə var, lakin qərarlar gecikir”, - deyə Nebenzia əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Kimyəvi-silah  


Bizi "telegram"da izləyin