Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirin müavini Bəkir Bozdağ bəyan edib.
“ABŞ YPG-yə silahlı İŞİD-lə mübarizə üçün verib, Ankara daha öncə Vaşinqona bu silahların Türkiyə qarşı istifadə oluna biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi”, - deyə Bəkir Bozdağ bildirib.
O qeyd edib ki, YPG və PYD Türkiyə ərazisini ABŞ-ın onlara verdikləri silahlar vasitəsilə atəşə tutur, halbuki Türkiyə NATO-nun müttəfiqi və ABŞ-ın yaxın tərəfdaşıdır.
Ağalar Qəribov
Ordu.az