İblibdəki müşahidə məntəqəsinə terror hücumu: 1 şəhid, 6 yaralı

2018/02/578_1517899818.jpg
Oxunub: 2222     14:47     06 Fevral 2018    
İdlibdə qurulmasına davam edilən 6 nömrəli müşahidə məntəqəsinə rajet və hava hücumu gerçəkləşdirilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 əsgəri şəhid olub, daha 5 nəfər əsgər və 1 nəfər mülki şəxs yaralanıb.

Baş Qərargahın açıqlamasında yaralanan 6 nəfərin həyatı üçün bir təhlükə olmadığı və hücumun dərhal ardından terrorçuların mövqeləri bölgədəki artilleriya vasitələri ilə atəşə tutulub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İdlib   Suriya   Zeytun-budağı  


Bizi "telegram"da izləyin