ABŞ Pakistandan terrorizmlə mübarizədə dəstək tələb edir

2018/02/pakisan-day-640x38443535_1517895719.jpg
Oxunub: 3863     13:38     06 Fevral 2018    
“ABŞ prezidenti Donald Tramp administrasiyası hesab edir ki, İslamabad ekstremist qruplaşmalara qarşı mübarizədə Vaşinqtona dəstək göstərməlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin terrorizmlə mübarizə məsələləri üzrə koordinatoru Neytan Seyls bəyan edib.

“Keçmişdə bizim Pakistanda 11 sentyabrdan sonra “Əl-Qaidə”yə qarşı mübarizədə effektiv əməkdaşlığımız var idi. Son illərdə münasibətlər bir qədər dəyişdi. Prezident Tramp Pakistana nə etməli olduğuna dair göstəriş verdi”, - deyə Seyls bildirib.

O qeyd edib ki, Vaşinqton Pakistandan ABŞ-ın qüvvələrinə qarşı hücumlar planlaşdıran və həyata keçirən terrorçu elementlərlə mübarizədə əməkdaşlıq tələb edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Pakistan   Terror  


Bizi "telegram"da izləyin